AHİK sədri Beynəlxalq Qadınlar Günü münasibətilə Azəraycan xanımlarını təbrik edib

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, deputat Səttar Möhbalıyev Beynəlxalq Qadınlar Günü münasibətilə Azəraycan xanımlarını təbrik edib.

Təbrikdə deyilir:

“Əziz Azərbycan xanımları, Siz ildə bir dəfə yox, hər gün, hər saat, hər an təbrikə layiqsiniz. Ali dəyərlərin qorunması və inkişafının xüsusən xanımların timsalında mümkünlüyünü bəşər tarixi kainat yaranandan təsdiqləyib. Bu mübarək missiyanın Azərbaycan xanımına daha çox yaraşması isə aksiomadır.

Dəyərli Azərbaycan xanımları, məmləkətin daim başının uca olmasını özünüzə həyat kredosu seçmisiniz. Hər bir niyyətiniz və əməliniz cəmiyyətə qürur yaşadır. Əzəli və əbədi yurdlarımız uğurunda bütün dövrlərdə haqq savaşına qalxan oğullarımız, onların gen daşıyıcıları olan əsgərlərimiz məhz sizin verdiyiniz mübarək tərbiyənin nəticəsində cəmi 44 gün çəkən Böyük Vətən mühariibəsinin əbədi qalibləri oldular. Onlar Azərbaycanın bütövləşməsi yolunda igidlik göstərərək, tariximizin qızıl səhifələrini yazdılar.

Sizin ləyaqətiniz insanlığa möhtəşəm nümunədir.Qadın müqəddəsliyini qorumağınız və daim zirvədə saxlamağınız gələcəyə saçılan nur payıdır.

Yolunuz işıqlı, niyyətiniz saf, əqidəniz bütöv, əməliniz mübarək, amalınız xoşbəxt yaşamaq, xoşbəxt yaşatmaq olsun.

Bütün Azərbaycan qadınlarını, həmkarlar ittifaqları hərəkatında birəşən işçi xanımları böyük ehtiramla təbrik edirəm”.

Teqlər: