Ağsuda yanğının meşə ərazisinə keçməməsi üçün təxirəsalınmaz tədbirlər görülür – ETSN

Xəbər - Çingiz Səfərli – Trend:

Ağsunun Gəgəli kəndinin yüksək dağlıq ərazisində başlayan yanğının meşə ərazisinə keçməsinin qarşısının alınması istiqamətində təxirəsalınmaz tədbirlər görülür.

AzerTimes xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat katibi İradə İbrahimova bildirib.

O qeyd edib ki, hazırda əməkdaşlarımız da hadisə yerindədir, Fövqəladə Hallar Nazirliyi və yerli kənd camaatının köməyi ilə yanğının tez bir zamanda söndürülməsi və meşəyə keçməməsi üçün işlər görülür.

İ.İbrahimova bir daha vətəndaşlara müraciət edərək bildirib ki, havaların isti və quraq keçməsini nəzərə alaraq təbiətdə olarkən odla ehtiyatlı olsunlar, yanğın təhlükəsizliyi qaydalarına əməl etsinlər.

Twitter:@cingizsafarli

Teqlər: