Ağsuda birmərtəbəli ev yanıb

Ağsu rayonunun Musabəyli kəndində ümumi sahəsi 124 m² olan birmərtəbəli evdə 1 ədəd yumşaq mebel və yataq dəsti yanıb. Yüksək temperaturdan tavan 1 m² sahədə qarsalanıb.

Fövqəladə Hallar Nazirliyindən AzerTimes-a verilən məlumata görə, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Teqlər: