Ağsuda 10 hektar sahədə biçilməmiş taxıl sahəsi yanıb

İlkin məlumata əsasən, Ağsu rayonunun Musabəyli kəndində təqribən 10 hektar sahədə biçilməmiş taxıl sahəsi yanıb.

Fövqəladə Hallar Nazirliyindən AzerTimes-a verilən məlumata görə, yanğınsöndürənlərin çevik müdaxiləsi nəticəsində yanğın qısa müddət ərzində məhdudlaşdırılaraq saat 17:55-də tam söndürülüb.

Yaxınlıqdakı geniş taxıl sahələri yanğından mühafizə olunub.

Teqlər: