Ağsatafada, toy məclisində qonağı döydülər

Ağsatafada, toy məclisində qonağı döydülər

Ağstafa sakini döyülüb.

Hadisə rayonun Qırlı kəndində qeydə alınıb. Kənd sakini 1982-ci il təvəllüdlü Ramin Məmmədov müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib. Vəziyyətinin kafi olduğu bildirilir.

Məlumata görə, R.Məmmədov həmkəndliləri tərəfindən toy şənliyindən çıxan zaman döyülüb.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.