Ağdamda quruculuq davam edir – Prezidenti xüsusi nümayəndəsi

Ağdam. AzerTimes:

Bu gün çox əlamətdar bir gündur. Bu gün Ağdam sakinlərinin ilk səfəri təşkil olunub. Bu səfər artıq başlayıb. Qonaqlarımız indi Ağdam baş planı ilə tanış olurlar.

Bunu AzerTimes-ə açıqlamasında Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov deyib.

E.Hüseynov bildirib ki, Ağdamda geniş miqyaslı işlər keçirilir:

“Ağdamın planının hazırlanması üzrə işlərə dərhal başlanılıb. Bilirsiz ki, 28 may 2021-de Prezident İlham Əliyev Ağdama səfərində həmin baş planın ictimaiyyətə təqdim olunmasında iştirak edib. Şəhərin təməlqoymasında iştirak edib. Bütün bu proseslər fonunda ümumi baza infrastrukturu, qurulucuq davam edir.


Təssüflər olsun ki, Ağdam rayonu partlamamış hərbi sursat və minalarla ən çox çirklənmiş ərazidir. Bizim işimizdə çox çətinliklər yaradır. Ona baxmayaraq, işlər çox sürətlə gedir.

Biz bu səfəri Böyük Qayıdışın bir hissəsi kimi görürük. Məcburi köçkünlərin öz dədə-baba yurdlarına qayıdana qədər bu səfərlər davam edəcək”.

Teqlər: