Ağdamda istixanada yanğın olub

Ağdam rayonunda ümumi sahəsi 8000 m² olan istixananın polietilendən ibarət üzlüyü və taxta atmaları 75 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən AzerTimes-a verilən məlumata görə, istixananın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Teqlər: