Ağdamda 3 300 hektar əkin sahəsi minalardan təmizlənib

Xəbər - Samir Əli – Trend:

Ağdam rayonunun işğaldan azad edilən 3300 hektar əkin sahəsi mina və partlamamış sursatlardan təmizlənib.

Bu barədə AzerTimes-a Ağdam Rayon İcra Hakimiyyətindən məlumat verilib. Məlumatda qeyd edilir ki, təmizlənmiş ərazilərin 2 190 hektarında buğda əkilib: “Hazırda rayon ərazisinin mina və partlamamış sursatlardan təmizlənməsi prosesi davam edir. Əkin sahələri ilə yanaşı, digər ərazilərdə də təmizlənmə əməliyyatları keçirilir”.


Məlumatda bildirilir ki, təmizlənmiş ərazilərdə əkilən buğda sahələrinin biçilməsinə hazırlıq işləri görülür: “Hələlik həmin ərazilərdə biçin başlamayıb. Yaxın vaxtlarda əkilən ərazilərdə biçinə start veriləcək”.

Teqlər: