Ağcabədidə yarım ton pambıq yanıb

Ağcabədi rayonunun Avşar kəndi yaxınlığında pambıq sahəsinə yığılmış 2,5 ton pambığın 0,5 tonu yanıb.

AzerTimes xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi nəticəsində yanğın söndürülüb.

Pambığın qalan hissəsi və pambıq sahəsi yanğından mühafizə olunub.

Teqlər: