Ağcabədidə keçmiş ər qadını küçədə bıçaqladı

Ağcabədidə keçmiş ər qadını küçədə bıçaqladı

Ağcabədi rayonunda kişi keçmiş arvadını bıçaqlayıb.

Hadisə mayın 30-u saat 19 radələrində rayonun Rəncbərlər kəndində baş verib.

1983-cü il təvəllüdlü Müşfiq Bayramov kəndin ərazisində küçədə keçmiş arvadı, 1988-ci il təvəllüdlü Sevinc Həsənova ilə rastlaşıb. Bu zaman onların arasında mübahisə sonda cinayətlə nəticələnib. M.Bayramov münaqişə zamanı üzərində olan mətbəx bıçağı ilə keçmiş arvadına bir neçə bıçaq zərbəsi vurub. S.Həsənova xəstəxanaya çatdırılaraq əməliyyat olunub.

M.Bayramov şübhəli şəxs qismində tutulub,