Ağacları kəsən şəxs cəzalandırılıb

Xəbər - Samir Əli – Trend:

Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırılıb və fakt təsdiqini tapıb.

Xidmətin rəsmisi Bəhruz Məhəmmədov AzerTimes-a bildirib ki, araşdırma zamanı qəsəbə ərazisində Gülçiçək Mirzəyevanın istifadəsinə verilmiş torpaq sahəsində tikinti işləri zamanı 2 qovaq ağacının kəsildiyi və təbiətə 2580 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.

“Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış sənədlər Suraxanı Rayon Prokurorluğuna göndərilib”.

Teqlər: