Ağ-qara fotolar rəngli olacaq

Ağ-qara fotolar rəngli olacaq

Amerika Birləşmiş Ştatlarının Berkli Universitetinin elmi əməkdaşları köhnə ağ-qara şəkilləri rəngləməyə imkan verən “proqram” yaradıblar.

Texnologiya neyroşəbəkələrin fəaliyyəti əsasında qurulub.

Yeni proqram iki rejimə malikdir – əl və avtomatik. Avtomatik rejim süni intellekt tərəfindən standart rənglərlə cəld rənglənməni həyata keçirir. Əllə idarə olunan rejimə gəldikdə, bu rejimdə istifadəçi özü qammanı müəyyən edə və çalarları seçə bilir. Əsas çatışmazlıq isə avtomatik rejimlə müqayisədə onun iş tutumudur.

Proqram Riçard Canın rəhbərliyi altında yaradılıb. Alimlər neyroşəbəkələrin fəaliyyətini öyrənməyə yeni başlamayıblar. Onlar aydınlaşdırıblar ki, bu şəbəkələr daha əvvəl əldə edilmiş məlumatı arxivləşdirə bilirlər, sonradan isə onu foto kimi göstərə bilirlər. Hazırda bu əlavənin ilk versiyası mövcuddur. Ancaq bu yaxınlarda o, daha da modernləşdiriləcək.