Afrikada koronavirusa yoluxanların sayı 7,9 milyona çatır

Afrikada koronavirusa yoluxanların sayı 7,9 milyona çatır.

AzerTimes-ın məlumatına görə, bu barədə Afrikanın Xəstəliklərə Nəzarət və Profilaktikası Mərkəzlərindən bildiriblər.

Məlumata əsasən, sentyabrın 5-i üçün Afrikada koronavirusa 7 891 341 nəfər yoluxub. Hazırkı dövrədək koronavirusa yoluxanlardan 199 132 nəfəri vəfat edib, 7 075 737 nəfəri isə sağalıb.

Qeyd edilir ki, ən çox yoluxma halları Cənubi Afrika Respublikasında, Mərakeşdə, Tunisdə və Efiopiyada qeydə alınıb.