Afrikada koronavirusa yoluxanların sayı 3,75 milyon nəfəri ötüb

Afrikada koronavirusa yoluxanların sayı 3,75 milyon nəfəri ötüb.

AzerTimes-ın məlumatına görə, bu barədə Afrikanın Xəstəliklərə Nəzarət və Profilaktikası Mərkəzlərindən bildiriblər.

Məlumata əsasən, fevralın 15-i üçün Afrikada koronavirusa 3 750 266 nəfər yoluxub. Hazırkı dövrədək koronavirusa yoluxanlardan 98 480 nəfəri vəfat edib, 2 290 070 nəfəri isə sağalıb.

Qeyd edilir ki, ən çox yoluxma halları Cənubi Afrika Respublikasında, Mərakeşdə, Misirdə, Tunisdə və Efiopiyada qeydə alınıb.