Əfqanıstan bankında partlayış

Əfqanıstan bankında partlayış

Əfqanıstanda banklardan birinin yaxınlığında güclü partlayış baş verib.   

Hadisə bu gün səhər saatlarında ölkənin cənubunda, Qilmend vilayətində qeydə alınıb.

İlkin məlumata görə, terror aktı nəticəsində 29 nəfər ölüb. 60-dan çox insan isə yaralanıb.

Məlumata görə, bir qrup silahlı şəxs Laşkarqax şəhərindəki “New Kabul Bank”ın filialına basqın edib. Əvvəlcə silahlardan atəş açılıb. Sonra isə partlayış törədilib.

Qubernatorluğun nümayəndəsinin verdiyi məlumata görə, partlayış hərbçilər və mülki şəxslər maaş almaq üçün banka gəldiyi zaman olub.

Hələlik hadisəyə görə məsuliyyəti heç kim üzərinə götürməyib.