Aeroport yolunda avtomobil yolun ortasında yandı

Aeroport yolunda avtomobil yolun ortasında yandı

Bir müddət əvvəl Hava Limanı yolunda yol nəqliyyat hadisəsi baş verib.

“Mercedes Sprtinter” markalı avtomobil “QAZ-3110” markalı avtomobillə toqquşub.
Qəzaya düşən “QAZ-3110” yanaraq yararsız hala düşüb.

Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib ki, Bakının mərkəzindən Heydər Əliyev Beynəlxalq Hava limanına gedən avtomobil yolunda (keçmiş Komsomol dairəsi deyilən ərazidə) yol-nəqliyyat hadisəsi baş verib. Hazırda qeyd edilən istiqamətdə nəqliyyat vasitəsi yanır. Ərazidə tıxac yaranıb.

Baş vermiş qəzadan sonra alovlanan QAZ-3110’dakı şəxslərdən biri hadisə yerində vəfat edib. 15 yaşlı Kərimov Muxtar Mətləb oğlu ilə 33 yaşlı Şükürov Saleh Əmiraslan oğlu isə ağır vəziyyətdə 3 saylı şəhər klinik xəstəxanasına yerləşdirilib.