AEBA-nın rəhbəri İrana səfər edəcək

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoru Rafael Qrossi İrana səfər edəcək.

AzerTimes-ın məlumatına görə, bunu özünün “Twitter” səhifəsində İranın Vyanadakı beynəlxalq təşkilatlardakı nümayəndəsi Kazem Qaribabadi yazıb.

K.Qaribabadi bildirib: “Bu gün axşam Rafael Qrossi Tehrana yollanaca”.


Onun sözlərinə görə, R.Qrossi sabah İranın Atom Enerjisi Təşkilatının vitse-prezidenti Məhəmməd Eslami ilə görüşəcək: “Görüşdən sonra tərəflər birgə bəyanatla çıxış edəcəklər”.