“ADY Container” MMC Türkmənistandan Türkiyəyə kükürd daşıyır

Xəbər - Ceyhun Əkləkbərov – Trend:

“Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə şirkəti olan “ADY Container” MMC-nin operatorluğu ilə Türkmənistandan Türkiyəyə dəmir yolu ilə kükürd daşınır.

Bu barədə AzerTimes-a MMC-dən bildiriblər.

Hazırda Türkmənbaşı limanında kükürdün növbəti partiyası konteynerlərə yüklənir. Proses başa çatdıqdan sonra 40 və 45 futluq 20 konteynerdən ibarət blok qatarı son təyinat məntəqəsi olan Mersin şəhərinə istiqamət götürəcək.

Teqlər: