ADPU və NDU-nun tələbə gənclər təşkilatları arasında onlayn görüş keçirilib (FOTO)

Oktyabrın 9-da Naxçıvan Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatının (NDU TGT) təşəbbüsü ilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) 100 illik yubileyi münasibətilə ADPU-nun Tələbə Gənclər Təşkilatı ilə onlayn formada “Zoom” platforması üzərindən görüş keçirilib.

ADPU-nun mətbuat xidmətindən AzerTimes-a verilən məlumata görə, görüşdə ADPU-nun Tələbələrlə iş və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Turan Kərimli, NDU-nun Yeni Azərbaycan Partiyası Universitet şəhərciyi ərazi ilk partiya təşkilatının sədri Arzu Abdullayev, ADPU TGT-nin sədri İsmayıl Nəsirov, NDU TGT-nin sədri Əziz Qasımov, o cümlədən hər iki təşkilatın idarə heyətlərinin üzvləri, struktur rəhbərləri iştirak ediblər.

Görüş əsnasında NDU TGT üzvləri zəngin tarixə malik Azərbaycan Dövlət Pedaqoji Universitetini 100 illiyi münasibətilə təbrik etmiş və bu münasibətlə hazırlanmış videoçarxı təqdim etmişlər. Eyni zamanda ADPU TGT üzvlərinin hazırladıqları rəsm əsəri nümayiş olunub.


Görüş gələcək əməkdaşlıqların perspektivləri barədə müzakirələrlə davam edib.

Teqlər: