ADPU nəzdində Pedaqoji Kollecdə məsafədən tədris yüksək səviyyədə qurulub

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində (ADPK) məsafədən tədrisin mövcud vəziyyəti ilə bağlı son məlumatı təqdim edirik.

Universitetdən AzerTimes-a verilən məlumata görə, 2019/2020-ci tədris ilinin yaz semestrindən COVID-19 pandemiyası ilə əlaqədar olaraq kollecdə tədrisin onlayn təşkilinə başlanılmışdır. Artıq bu gün tələbələrin 96%-i, müəllimlərin isə 100%-i onlayn tədris prosesinə qoşulub. ADPK-da internet resurslarından istifadəni təmin etmək məqsədilə kollecdə müvafiq infrastruktur yaradılıb və müəllimlərin aktiv şəkildə dərslərə qoşulmaları təmin edilib.

Hazırda məsafədən tədrisin təşkili sahəsində qlobal təhsil bazarında böyük artım müşahidə olunur. Bu təhsilalma formasını tələbələr arasında daha da cəlbedici etməklə yanaşı, dünyanı öz təsiri altına alan pandemiya şəraitində distant təhsili əvəzedilməz edir. Bu gün təhsil müəssisələri üçün yaranan yeni tələb və çağırışlara cavab verəcək proqram həllərinin düzgün tətbiqi məsələsi daha da aktuallaşır.

ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində distant təhsilin təşkili və daha da təkmilləşdirilməsi məqsədilə “Moodle Tədrisin İdarə olunması Sistemi” və “Microsoft Teams” platformaları birgə tətbiq edilir. MS Teams platforması onlayn rejimdə müəllim və tələbələrin birgə təmas qurmaları üçün unikal virtual sinif imkanları yaradır. Moddle platformasının əsas üstünlüyü isə tədris zamanı kurs materialları, çalışma və tapşırıqların istənilən vaxt əlçatanlığı, tədris mühitinin asanlıqla təşkili, tədrisdə vaxt itksinin qarşısının alınması və günün tələbənə uyğun müasir tədris mühiti formalaşdırmasıdır.

Kollecin Moddle platformasında təqdim etdiyi xidmətlərlə tanış olmaq üçün https://e-tedris.adpk.edu.az keçidindən istifadə edə bilərziniz.

Teqlər: