ADA Universitetinin 50 yaşdan yuxarı əməkdaşlarının vaksinasiya prosesi artıq yekunlaşıb – Nazir

Xəbər - Ceyhun Ələkbərov – Trend:

31 mart tarixinə olan göstəricilərə əsasən, ali təhsil müəssisələri arasında ilk olaraq ADA Universitetinin 50 yaşdan yuxarı pedaqoji və texniki heyətinin vaksinasiya prosesi artıq yekunlaşıb.

Trend xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev deyib.

Onun sözlərinə görə, bununla yanaşı, Sumqayıt Dövlət Universiteti (98.2 %), Azərbaycan Universiteti (93.7 %), Bakı Avrasiya Universiteti (91.6 %), Bakı Ali Neft Məktəbi (87.7 %) və Mingəçevir Dövlət Universitetinin (87 %) heyəti də bu prosesi yekunlaşdırmaq üzrədir:


“Təhsil Nazirliyi olaraq bu ali təhsil müəssisələrinin rəhbərliyinə və kollektivinə təşəkkür edirik. Öyrənmə prosesinin davamlılığını təmin etmək və təhsil müəssisələrinin ənənəvi fəaliyyətini bərpa etmək üçün vaksinasiya əsas şərtdir”.

Teqlər: