Abşeronda tank əleyhinə minalar aşkarlanıb

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Abşeron rayonunun Qobustan kəndi yaxınlığında sursat aşkar olunması barədə məlumat daxil olub.

FHN-dən AzerTimes-a verilən məlumata görə, qurumun Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) pirotexniki işlər üzrə mütəxəssisləri qeyd olunan əraziyə cəlb olunub.

Pirotexniklər polis əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri həyata keçirdikdən sonra aşkar olunan sursatlara baxış keçiriblər. Müəyyən olub ki, bu, 2 ədəd tank əleyhinə TM-62M təlim minasıdır.


Sursatlar mütəxəssislər tərəfindən müvafiq qaydada götürülüb.

Teqlər: