Abşeronda evdə yanğın baş verib

Abşeron rayonunda yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən AzerTimes-a verilən məlumata görə, rayonun Saray qəsəbəsində ümumi sahəsi 100 m² olan birmərtəbəli evin döşəməsi 6 m² sahədə yanıb, yüksək temperaturdan dəhlizin və hamam otağının lambirindən ibarət tavanı 25 m² sahədə əriyib. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Teqlər: