Abşeronda dəhşətli qəzada 2 körpə uşaq öldü

Abşeronda dəhşətli qəzada 2 körpə uşaq öldü

Bu gücə Abşeronda iki azyaşalının ölümü ilə nəticələnən qəza baş verib. Qəza Novxanı-Binəqədi yolunda qeydə alınıb. Gecə saatlarında adıçəkilən yolda iki “Mercedes” və “Jiquli” toqquşub.

Nəticədə iki azyaşlı – 6 yaşlı Gülçöhrə Seyidova və 2 aylıq Mehram Seyidov dünyasını dəyişib. 5 nəfər isə yaralanıb. Onlar aşağıdakılardır:

1980-ci il təvəllüdlü Mehman Seyidov

1988-ci il təvəllüdlü Könül Seyidova

1992-ci il təvəllüdlü Ləman Mahmudzadə

1992-ci il təvəllüdlü Lamiyə Mahmudzadə

1978-ci il təvəllüdlü Mehdixan Vəkilov

İlkin məlumata görə, qəzaya səbəb sürücülərdən birinin sərxoş olması olub. İdarəetməni itirən sürücü yoldan çıxaraq qarşı zolağa çıxıb və digər maşınlarla toqquşub.