Abşeronda ağır qəza: Ölən var

Abşeron rayonunda ”Chevrolet” markalı minik avtomobili yoldan çıxaraq aşıb.

Yenicag.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən bildirir ki, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 1992-ci il təvəllüdlü Sadıxov Rəvan Natiq oğlunun meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

www.yenicag.az

Teqlər: