Abşeron yarımadasında çimərliklərdə patrul xidməti aparılacaq

Abşeron yarımadasında çimərliklərdə patrul xidməti aparılacaq

Fövqəladə Hallar Nazirliyi sərt karantin günləri ilə bağlı əhaliyə müraciət edib.

Son günlər havaların qızması ilə əlaqədar bəzi vətəndaşların hələ çimərlik mövsümü açıq elan olunmamış çimərliklərə üz tutmasını nəzərə alaraq, Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda yaşayan vətəndaşların göstərilən tarixlərdə çimərliklərdən istifadəsi qəti şəkildə qadağan olunur.

Bu qadağanın təmin edilməsi və vətəndaşların çimərliklərə üz tutmasının qarşısının alınması məqsədilə Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri Daxili İşlər Nazirliyi ilə birgə fəaliyyətdə Xəzər dənizinin Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu sahili boyu həm quruda, həm də qayıqlarla dənizdə patrul xidməti aparacaq.

“Vətəndaşları bir daha ölkəmizdə koronavirus pandemiyası ilə mübarizə çərçivəsində Azərbaycan Respublikası Nazirlər Kabinetinin bütün qərar və tövsiyələrinə ciddi riayət etməyə çağırırıq”, – deyə müraciətdə qeyd olunur.