Abşeron RİH başçısı İradə Gülməmmədova peyvənd olunub (FOTO)

Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova COVİD-19 əleyhinə peyvənd olunub.

Bu barədə Abşeron RİH-nin mətbuat katibi Seymur Qasımov məlumat verib.


O bildirib ki, bir müddət öncə İ.Gülməmmədovaya peyvəndin birinci dozası vurulmuşdu. Lazımı müddət keçəndən sonra müvafiq olaraq 2-ci dozanın vurulması həyata keçirilib və peyvəndləmə başa çatıb. İ.Gülməmmədovanın səhhəti normaldır və vaksinasiyadan sonra hər hansı bir yan təsirlər müşahidə edilməmişdir.

Teqlər: