ABŞ Vyanada BHFP ilə bağlı danışıqların ən qısa müddətdə davam etdirilməsini istəyir

ABŞ və İranın nüvə proqraməna dair Birgə Hərtərəfli Fəaliyyət Planı (BHFP) üzrə danışıqların digər iştirakçıları Vyanada bu mövzuda məshələtləşmələrin ən qısa müddətdə davam etdirilməsini istəyir.

AzerTimes-ın “TASS”a istinadən verdiyi məlumata görə, bunu ABŞ Dövlət Departamentinin nümayəndəsi Ned Prays deyib.

N.Prays bildirib: “Vyanadakı danışıqların ən qısa müddətdə yenidən başlamasına dair qarşılıqlı razılaşma var və biz bunu görmək istərdik. Biz Avropa müttəfiqlərimiz Aİ, Almaniya, həmçinin Rusiya və Çinin də daxil olduğu “altılıq”dakı (BMT Təhlükəsizlik Şurasının beş daimi üzvü və Almaniya – red.) tərəfdaşlarımızla konsensus əsasında işləyirik”.


Dövlət Departamentinin nümayəndəsi xatırladıb ki, ABŞ-ın İran üzrə xüsusi elçisi Robert Malli Moskvaya səfəri zamanı BHFP ilə bağlı məsləhətləşmələri “yaxşı və konstruktiv” olaraq xarakterizə edib.

N.Prays həmçinin qeyd edib ki, İran hələ Vyana danışıqlarının bərpa edilməsi barədə qərarını açıqlamayıb.