ABŞ vitse-prezidenti və Meksika lideri miqrasiya məsələlərini müzakirə ediblər

ABŞ vitse-prezidenti Kamala Harris və Meksika prezidenti Andres Manuel Lopes Obrador telefon danışığı əsnasında miqrasiya probleminin səbəblərini aradan qaldırılması üzərində işləri davam etmək barədə razılığa gəliblər.

AzerTimes TASS-a istinadən xəbər verir ki, bu barədə Ağ Evin saytında məlumat verilib.

“Vitse-prezident Kamala Harris Meksika prezidenti Andres Manuel Lopes Obrador ilə danışıb və ikitərəfli münasibətlərin vacibliyini təsdiqləyib”, – məlumatda deyilir.

K.Harris miqrasiya məsələlərinin həll edilməsində əməkdaşlıq üçün Lopes Obradora təşəkkür edib.

Teqlər: