Rusiyada yerləşən ABŞ səfirliyi qeyri-miqrasiya vizalarının verilməsini dayandırıb.
Qərar 23 avqust-1sentyabr tarixlərində qüvvədə olacaq və ABŞ diplomatlarının Rusiyanı tərk etməsi ilə əlaqədar qəbul edilib. 1 sentyabrdan etibarən viza verilməsi əvvəlki qaydada həyata keçiriləcək.
Bu qərar barədə açıqlama verən Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, Rusiya vətəndaşları arasında ABŞ-a qarşı narazılıqlar daha da artacaq. Nazir həmçinin bildirib ki, Rusiya höküməti ABŞ-ın bu qərarına görə sadə ABŞ vətəndaşları əleyhinə heç bir addım atmayacaq.