ABŞ polisi tərəfindən daha bir qaradərili güllələndi

ABŞ polisi tərəfindən daha bir qaradərili güllələndi

ABŞ-ın paytaxtı Vaşinqtonda polis əməkdaşları saxlanılma zamanı afroamerikalıya atəş açıblar, bir qədər sonra o, xəstəxanada dünyasını dəyişib.

Mərhumun şəxsiyyəti və yaşı barədə hələlik heç bir məlumat yoxdur.

Hadisə yerinə “Black Lives Matter” hərəkatının fəalları toplaşmağa başlayıb.

Xatırladaq ki, bir neçə gün əvvəl ABŞ-da polis daha bir qaradərili şəxsi – Los-Anceles şəhərində qanunsuz şəkildə velosiped sürdüyü iddia edilən 29 yaşlı Dijon Kizzi güllələyərək qətlə yetirmişdi.