ABŞ Nümayəndələr Palatası Səudiyyə Ərəbistanına silah satışının məhdudlaşdırılmasını istəyib

ABŞ Konqresinin Nümayəndələr Palatası Səudiyyə Ərəbistanına silah satışının məhdudlaşdırılması barədə qanun layihəsini təsdiq edib.

AzerTimes-ın “The Hill” qəzetinə istinadən verdiyi məlumata görə, bu barədə sənəd Camal Xaşkacinin qətli ilə bağlıdır.

Məlumata əsasən, qanun layihəsinin lehinə 350 qanunverici, əleyhinə isə 71 nəfər səs verib.


Bildirilir ki, bundan sonra sənəd Senatda təsdiq edilməlidir.