ABŞ Navalnıya görə Rusiyaya sanksiyalar tətbiq edə bilər

ABŞ Navalnıya görə Rusiyaya sanksiyalar tətbiq edə bilər

Hər iki partiyadan olan amerikalı senatorlar Berlində intoksikasiyadan müalicə olunan rusiyalı müxalifətçi Aleksey Navalnı ilə bağlı vəziyyətlə əlaqədar Rusiya rəsmilərinə qarşı sanksiyalar tətbiq etməyi təklif ediblər.

Bu barədə senator Marko Rubionun saytında deyilir.

Senatorlar Rusiya rəsmilərinə qarşı sanksiyaların tətbiq edilməsinin mümkünlüyünü nəzərdə tutan qanun layihəsi təqdim ediblər. Əleyhinə sanksiyalar tətbiq oluna biləcək şəxslərin adları və vəzifələri dəqiqləşdirilmir.