ABŞ müdafiə naziri İsrailli həmkarı ilə regional təhlükəsizlik problemlərini müzakirə edib

ABŞ müdafiə naziri Lloyd Ostin israilli həmkarı Beni Qans ilə görüşüb.

AzerTimes-ın Pnetaqonun bəyanatında istinadən verdiyi məlumata görə, görüş zamanı tərəflər Yaxın Şərq bölgəsindəki təhlükəsizlik problemlərinin həlli və Fələstinlə atəşkəsi müzakirə ediblər:

“Pilotsuz uçuş aparatlarının yaratdığı təhdidlər də daxil olmaqla bir sıra regional təhlükəsizlik problemlərinin həlli üzrə müdafiə əməkdaşlığını gücləndirmək üçün müdafiə naziri Lloyd Ostin İsrailin müdafiə naziri Beni Qans ilə görüşüb”.

L.Ostin bildirib ki, ABŞ rəhbərliyi “həm İsraillilər, həm də Fələstinlilərin təhlükəsizliyinin təmin edilməsi üçün” atəşkəs barədə razılaşmanı dəstəkləyir.