ABŞ İrana və Cənubi Sudana qarşı sanksiyalar rejimini uzadıb

ABŞ İran və Cənubi Sudana qarşı birtərəfli sanksiya rejimini uzadıb.

AzerTimes-ın məlumatına görə, bu barədə ölkə prezident Co Bayden tərəfindən imzalanan və ABŞ Konqresinin rəhbərliyinə göndərilən yazılı bildirişlərdə deyilib.

ABŞ lideri bildirib: “İran hökumətinin hərəkətləri və siyasəti ABŞ-ın milli təhlükəsizliyi, xarici siyasəti və iqtisadiyyatı üçün qeyri-adi və fövqəladə bir təhlükə yaratmağa davam edir”.


Sənəddə qeyd edilib ki, bununla əlaqədar C.Bayden “bu təhdidə cavab olaraq İrana qarşı hərtərəfli sanksiyaları qüvvədə saxlamağa qərar verdi”.

Eyni qərar ABŞ administrasiyasının rəhbəri tərəfindən Cənubi Sudanla bağlı qəbul edilib.