ABŞ-ın Texas ştatında koronavirusa qarşı peyvənd təsdiqini tələb etmək qadağan edilib

ABŞ-ın Texas ştatında şirkət və qurumlara sakinlərə hər hansı bir xidmətin göstərilərkən koronavirusa qarşı peyvəndlənmə barədə təsdiq tələb etmək qadağan edilib.

Trend TASS-a istinadən xəbər verir ki, müvafiq qanunu Texas qubernatoru Qreg Ebbott imzalayıb.

Dərc edilən qanunda bildirilir ki, “texaslılar istədikləri yerə getməkdə hər hansı bir tələb və məhdudiyyətsiz sərbəstdirlər”.


Daha əvvəl qanun layihəsi ştatın qanunverici şurasi tərəfindən təsdiqlənib. Təşəbbüsün müəllifləri respublikaçılar olub.

Xatırladaq ki, Texas iqtisadi cəhətdən ən inkişaf etmiş Amerika ştatlarından biridir və neft hasilatı üzrə ölkədə birnci yerdədir.