ABŞ-ın Suriyadakı bazası raket hücumuna məruz qalıb

ABŞ-ın Suriyadakı hərbi bazası son 24 saat ərzində ikinci dəfə naməlum şəxslər tərəfindən raket hücumuna məruz qalıb.

AzerTimes-ın “TASS”a istinadən verdiyi məlumata görə, hücumun hədəfi Suriyanın Deyr-əz-Zor vilayətindəki Konoko neft-qaz yatağı yaxınlığında yerləşən ABŞ bazası olub.

Bildirilir ki, raket hücumu nəticəsində hərbi bazaya maddi ziyan dəyib. Ölənlər və xəsarət alanlar barədə məlumat verilmir.