ABŞ-ın Əfqanıstandakı hərbi missiyası avqustun 31-i bitəcək – Bayden

ABŞ-ın Əfqanıstandakı hərbi missiyası avqustun 31-i bitəcək.

AzerTimes-ın “TASS”a istinadən verdiyi məlumata görə, bunu Ağ Evdə çıxışı zamanı ABŞ Prezidenti Cozef Bayden deyib.

C.Bayden bildirib: “ABŞ-ın Əfqanıstandakı hərbi missiyası avqustun 31-i bitəcək. Əfqanıstanın gələcəyini müəyyənləşdirmək – bu ölkənin öz xalqının vəzifəsidir. ABŞ Əfqanıstan təhlükəsizlik qüvvələrinə maliyyə, texniki dəstək və Kabilə humanitar yardım göstərməyə davam edəcək”.

Onun sözlərinə görə, ABŞ Əfqanıstanda vəziyyətin sülh yolu ilə nizamlanması üçün çalışacaq və bölgə ölkələri də bu nizamlanmada rol oynamalıdır.