ABŞ-ın cənub sərhədində mart ayında 171 mindən çox miqrant saxlanılıb

ABŞ Gömrük və Sərhəd Mühafizə Xidməti mart ayında Meksika ilə sərhəddə 171 mindən çox miqrant saxlayıb.

AzerTimes-ın TASS-a istinadən verdiyi məlumata görə, bu say 2006-cı ildən indiyədək rekord göstəricidir.

Ötən ay sərhəddə 18 mindən çox azyaşlı saxlanılıb ki, bu da cari ilin fevral ayında miqrant uşaqların saxlanması ilə müqayisədə 99 faiz daha çoxdur. Bundan əlavə, ailələri ilə Amerika sərhədini keçməyə çalışan 53 min nəfər nəzarətə alınıb.