ABŞ HDQ “Boeing” ilə 1,6 milyard dollarlıq müqavilə imzalayıb

ABŞ Hərbi Dəniz Qüvvələri “Boeing” şirkəti ilə 11 ədəd “P-8A Poseidon” təyyarəsinin alınması üzrə müqavilə imzalayıb.

AzerTimes-ın məlumatına görə, müqavilənin dəyəri 1,6 milyard dollar təşkil edir. Müqaviləyə əsasən, 9 ədəd təyyarə ABŞ Hərbi Dəniz Qüvvələrində xidmətə girəcək, daha ikisi isə Avstraliya Hərbi Hava Qüvvələrinə veriləcək.

Bildirilir ki, ABŞ Silahlı Qüvvələrində bu model təyyarələrin ümumi sayı 128 ədədə çatacaq.