ABŞ HDD Atlantik ökeanı üzərində “Trident II” ballistik raketini sınaqdan keçirib

ABŞ Atlantik okeanında “Trident II” ballistik raketini uğurla sınaqdan keçirib.

AzerTimes-ın məlumatına görə, bu barədə öz “Twitter” səhifəsində ölkənin Hərbi Dəniz Donanmasından bildiriblər.

Məlumatda qeyd olunub: “Trident II D5LE” raketləri sentyabrın 17-də Atlantik okeanı üzərində uğurla sınaqdan keçirilib.

Bu sınaqlar 21-ci əsrdə ABŞ -ın strateji saxlama hazırlığı və imkanlarını göstərir”.