ABŞ hava limanlarında pandemiya zamanı rekord sərnişin axını qeydə alınıb

Martın 12-də ABŞ hava limanlarında pandemiya zamanı rekord sərnişin axını qeydə alınıb.

Trend TASS-a istinadən xəbər verir ki, ötən cümə 1,357 milyon insan hava limanlarında qeydiyyatdan keçirilibki, bu da keçən il martın 15-dən indiyədək rekord göstəricidir, lakin yenə də pandemiyadan əvvəlki orta səviyyədən 38 faiz azdır.


Qeyd edilir ki, 2020-ci ildə dünyada koronavirusun yayılması səbəbindən ABŞ-da hava səyahətinə olan tələb 60 faiz düşüb.

Teqlər: