ABŞ-da “Microsoft” xidmətlərinin işində fasilələr yaranıb

ABŞ istifadəçiləri “Microsoft 365” proqramının bir sıra xidmətlərinin işində fasilələrin yaranması barədə məlumat verib.

AzerTimes-ın məlumatına görə, bu barədə populyar İnternet resurslarının fəaliyyətini izləyən “Downdetector” xidməti bildirib.

Xüsusilə, qrupa şəklində işlətmək üçün “Microsoft Teams” platformasının işində problemlər var: istifadəçilərin 76 faizi serverə qoşulmaqda çətinlik çəkir, 20 faiz öz hesablarına, digər 3 faizi isə sayta daxil ola bilmir.

Ən çox şikayət ölkənin şərq və qərb sahillərində yaşayan istifadəçilərdən gəlir.