ABŞ-da koronavirusdan ölüm sayı qəsdən azaldılıb – Wall Street Journal

Xəbər - Orxan Nəbiyev – Trend:

ABŞ-ın bir sıra ştatlarında koronavirusdan ölüm sayı olduğundan az göstərilib.

AzerTimes-ın məlumatına görə, bu barədə “Wall Street Journal” yazıb.

Qeyd olunur ki, ölüm hallarının təkrar sayımı zamanı Ohayo ştatında fevral ayında 4 min yeni hal, İndiana ştatında 1 500 yeni hal müəyyən edilib.


Təkrar sayım həmçinin Virginiya, Minnesota, Rod-Aylend ştatlarında həyata keçirilib.

Qeyd edək ki, Cons Hopkins Universitetinin hesablamalarına əsasən, bu günədək ABŞ-da 29,5 milyona yaxın yoluxma, 534 888 ölüm qeydə alınıb.