ABŞ-da gecə şənliyində atışma olub, 2 nəfər ölüb

ABŞ-ın İllinoys ştatının Çikaqo şəhərində gecə şənliyində atışma nəticəsində iki nəfər öldü, 13 nəfər yaralanıb.

AzerTimes-ın məlumatına görə, bu barədə NBC telekanalı bildirib.

Məlumata əsasən, naməlum şəxs gecə şənliyində digər insanlarla mübahisədən sonra atəş açıb.


Nəticədə iki nəfər yerindəcə öldü, 20-44 yaş arası daha 13 nəfər yaralandı, birinin vəziyyəti ağırdır.