ABŞ-da gecə klubunun qarşısında atışma olub

ABŞ-ın Taskalusa şəhərində (Alabama ştatı) gecə klubunun qarşısında atışma baş verib.

AzerTimes-ın “CNN” telekanalına istinadən verdiyi məlumata görə, atışma nəticəsində azı 5 nəfər yaralanıb. Onlar xəstəxanaya yerləşdirilib, vəziyyətləri barədə məlumat verilmir.

Bildirilir ki, hadisə ilə əlaqədar bir neçə şübhəli saxlanılıb.