ABŞ-da fövqəladə vəziyyət rejiminin vaxtı uzadılır

ABŞ prezidenti Cozef Bayden koronavirusun yayılmasının qarşısını almaq tədbirləri çərçivəsində tətbiq edilən fövqəladə vəziyyət rejiminin vaxtını uzadıb.

“13 mart 2020-ci ildə prezident “COVID-19″ pandemiyası ilə əlaqədar ölkədə fövqəladə vəziyyət elan etdi. Pandemiya ölkənin ictimai sağlamlığı və təhlükəsizliyi üçün əhəmiyyətli dərəcədə risk yaratmağda davam edir. Bu səbəbdən fövqəladə vəziyyət rejimi 1 Mart 2021-ci ildən sonra davam etməlidir”, – Ağ Evin mətbuat xidmətinin verdiyi bir fərmanda deyilir.


Fövqəladə rejimin uzadılmasının müddəti barədə məlumat verilməyib.

Teqlər: