ABŞ-da atışma olub – Yaralılar var

Xəbər - Orxan Nəbiyev – Trend:

ABŞ-ın Ohayo ştatında baş vermiş atışma nəticəsində azı 6 nəfər yaralanıb.

AzerTimes-ın məlumatına görə, hadisə Sprinqfild şəhərində, əyləncə zamanı baş verib.

Yaralanan şəxslər xəstəxanaya yerləşdirilib.

Hazırda polis atəş açan şəxsin kimliyini müəyyənləşdirir. Hadisə ilə bağlı araşdırma aparılır.