ABŞ-da atışma olub, ölənlər var

ABŞ-ın Esseks şəhərində (Merilend ştatı) mağazaların birində atışma baş verib.

AzerTimes-ın “Fox News” telekanalına istinadən verdiyi məlumata görə, hadisə yerinə gələn polis əməkdaşları 2 nəfərin meyitini və 1 yaralı şəxsi aşkar ediblər.

Bildirilir ki, bir müddət sonra yaxınlıqda yerləşən yaşayış kompleksində atəş səsi eşidilib. Mağazada atəş açan şəxsin özünə odlu silahdan atəş açdığı ehtimal edilir, lakin polis bu məsələyə aydınlıq gətirmir.


İnsidentlərlə bağlı araşdırma aparılır.