ABŞ-da atışma baş verib, ölənlər var

ABŞ-ın Florida ştatında atışma baş verib.

AzerTimes-ın “TASS”a istinadən verdiyi məlumata görə, Mayam-Deyd dairəsində yerləşən restoranda baş verən atışça nəticəsində 3 nəfər ölüb, 6 nəfər isə yaralanıb. Yaralılar xəstəxanaya çatdırılıb.


Məlumata əsasən, dayanacaqda duran avtomobildən restorandan çıxan insanlara atış açılıb. Hazırda atəş açan şəxslərin axtarışları davam etdirilir.